Türkiyədə AKYA, “Atmaca” və SAPAN-ın seriyalı istehsalı ilə bağlı müqavilə imzalanıb – VİDEO

Türkiyədə AKYA, “Atmaca” və SAPAN-ın seriyalı istehsalı ilə bağlı müqavilə imzalanıb – VİDEO

Türkiyədə AKYA ağır torpedosunun, “Atmaca” gəmi əleyhinə raketinin və SAPAN zenit raketinin seriyalı istehsalı ilə bağlı müqavilə imzalanıb.

“Poliqon” xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Sənayesi Başqanlığının “X” hesabında paylaşım edilib.

533 mm-lik AKYA, “Roketsan” şirkəti tərəfindən Türkiyə Hərbi Dəniz Qüvvələrinin ağır torpedo ehtiyaclarını yerli olaraq ödəmək üçün hazırlanıb. Sualtı qayıq və suüstü gəmilərin məhv edilməsi üçün təyin olunan AKYA torpedosu 50 kilometrdən artıq mənzilə və 45 knotdan çox sürətə malikdir.

“Roketsan”ın milli olaraq hazırladığı “Atmaca”, gəmi əleyhinə raketlərin yeni nəsli sayılır. “Səth-səth” tipli bu raket, aşağı radar izinə, yüksək dəqiqliyə, hədəfləri yeniləyə bilmə, yenidən hücum və tapşırığın ləğvi, habelə hər cür hava şəraitində missiyanın icrasına, hərəkətli və sabit təhlükələri zərərsizləşdirmək imkanına sahibdir. Səsdən sürətli “Atmaca” raketi qatı yanacaqla işləyən turboreaktiv mühərriklə təchiz edilib. Raketin avtomatik tuşlanan başlığını və radiolokasiya sistemini ASELSAN şirkəti hazırlayıb. Raketin uzunluğu 4800-5200 mm, atış uzaqlığı 200+ km, çəkisi 800 kq, döyüş başlığının çəkisi 220 kiloqramdır.

SAPAN, “Hisar-O+” hava hücumundan müdafiə sistemində istifadə edilən HİSAR-RF zenit raketi əsasında “Roketsan” tərəfindən hazırlanıb. “TCG İstanbul” (F-515) freqatına inteqrasiya olunmuş Milli Şaquli Buraxıcı Sistemdən (MİDLAS – Milli Dikey Atım Lançer Sistemi) atılacaq SAPAN zenit raketi dəniz döyüş şərtlərinə uyğunlaşdırılıb. Eyni anda 16 ədəd SAPAN raketi ilə fəaliyyət göstərəcək “TCG İstanbul” freqatı 35+ kilometr məsafədəki hava hədəflərini vura biləcək. SAPAN-ın əsas hava hədəfləri arasında döyüş təyyarələri, PUA-lar, helikopterlər və qanadlı raketlər yer alır.

CATEGORIES
TAGS