Türkiyədə EREN-II radarının çatdırılmasına bu ildən başlanacaq  

Türkiyədə EREN-II radarının çatdırılmasına bu ildən başlanacaq  

ASELSAN şirkəti tərəfindən inkişaf etdirilən EREN-II meşə içi müşahidə radar sisteminin Türkiyə Silahlı Qüvvələrinə çatdırımasına cari il ərzində başlanacaq.

“Poliqon” ASELSAN-a istinadən xəbər verir ki, EREN-II, hazırda Türkiyə Ordusunun inventarında xidmət göstərən EREN-I radarının əlavə imkanlara sahib yeni nəslidir.

ASELSAN-ın yerli və milli səviyyədə inkişaf etdirdiyi EREN-II, bitki örtüyü səbəbi ilə görüş məsafəsinin olmadığı ərazilərdə hədəfləri aşkarlamaq üçün hazırlanıb. Radar meşə ərazilərindən gələn təhdidlərə qarşı təhlükəsizliyi artırmaqdan ötrü ağac, budaq və yarpaq kimi maneələrə nüfuz edə bilən tezlik diapazonunda fəaliyyət göstərir.

İstifadəçi dostu qrafik interfeys proqram təminatlarına malik EREN-II radarını uzaqdan idarəetmək mümkündür. O, təyin edilən ərazidə çox qısa müddətdə quraşdırıla və tək bir operator tərəfindən idarə oluna bilər.

Qeyd edək ki, ASELSAN şirkəti EREN-II radarını 25-28 iyul tarixlərində Türkiyənin İstanbul şəhərində keçiriləcək IDEF-2023 sərgisində nümayiş etdirəcək.

Poliqon.az

CATEGORIES
TAGS