Xəbərlər
Türkiyədə kursda iştirak edən Azərbaycan hərbi dənizçilərinin buraxılış mərasimi keçirilib

Türkiyədə Amfibiya Missiyası Qrupu Komandanlığında keçirilən kursda iştirak etmiş Azərbaycan hərbi dənizçilərinin buraxılış mərasimi keçirilib.
“Poliqon” xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi rəsmi “twitter” hesabında məlumat yayıb.
Qeyd edək ki, kurslar sentyabrın 20-dən oktyabrın 15-dək davam edib.




