Xəbərlər

Türkiyədə meşə yanğınlarının söndürülməsində iştirak etmiş FHN əməkdaşları mükafatlandırılıb

Prezident İlham Əliyev “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Türkiyə Respublikasında meşə yanğınlarının söndürülməsində iştirak etmiş əməkdaşlarının mükafatlandırılması haqqında” Sərəncam imzalayıb.

“Poliqon” xəbər verir ki, bu barədə Prezidentin rəsmi saytında məlumat verilib.

Sərəncama əsasən, Türkiyədə meşə yanğınlarının söndürülməsində iştirak etmiş FHN əməkdaşlarının mükafatlandırılması üçün Azərbaycanın 2021-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan Fövqəladə Hallar Nazirliyinə 1 milyon manat vəsait ayrılıb.

Poliqon.az

Back to top button