Türkiyədə “Piri Reis” sualtı qayığının dəniz sınaqları başlayıb

Türkiyədə “Piri Reis” sualtı qayığının dəniz sınaqları başlayıb

Türkiyə Hərbi Dəniz Qüvvələri (HDQ) üçün inşa edilən “Piri Reis” sualtı qayığının dəniz sınaqları başlayıb.

“Poliqon” xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin (MSB) mətbuat xidməti məlumat yayıb.

Məlumatda bildirilib ki, “Havadan Bağımsız Tahrik Sistemli Denizaltı” layihəsi əsasında inşa olunan “Piri Reis” sualtı qayığının dəniz sınaqlarına 6 dekabr 2022-ci il tarixindən start verilib.

Qeyd edək ki, layihə çərçivəsində Türkiyə HDQ-ə ümumilikdə 6 ədəd “Reis” sinifinə aid yeni tip sualtı qayığın tədarük olunması planlaşdırılıb.

Poliqon.az

 

 

CATEGORIES
TAGS