Türkiyədə qanadlı raketlər üçün yeni turboreaktiv mühərriklər hazırlanacaq

Türkiyədə qanadlı raketlər üçün yeni turboreaktiv mühərriklər hazırlanacaq

Türkiyənin Müdafiə Sənayesi Başqanlığı (SSB) ilə “Kale Arge” şirkəti arasında Türkiyənin yeni ARAT turboreaktiv mühərrik layihəsinə dair müqavilə bağlanıb.

​​​​​​​“Poliqon” xəbər verir ki, müqaviləni SSB başqanı İsmail Dəmir və “Kale Tekniki Qrup”un sədri Osman Okyay imzalayıblar.

ARAT layihəsi çərçivəsində qanadlı raketlərin mühərrik ehtiyacları yerli və milli imkanlar hesabına təmin edilməsi hədəflənib. Bu çərçivədə “Roketsan” şirkətinin istehsalı olan SOM və “Atmaca” raketlərində istifadə olunması üçün hazırlanan KTJ-3200 turboreaktiv mühərrikindən daha əlverişli, yanacaq sərfiyatı daha az, impulsu daha yüksək turboreaktiv mühərrik hazırlanacaq.

Qeyd edək ki, Türkiyədə təyyarə, tank, yüngül zirehli texnika, helikopter, pilotsuz uçuş aparatları və raket sistemlərinin mühərrik və transmissiya sistemlərinin hazırlanması və istehsalı üçün bir çox layihəyənin icrası həyata keçirilir.

Hazırda, Türkiyənin “Gökbey” helikopterlərində istifadə ediləcək turboşaft mühərrikinin hazırlanma və sınaq prosesləri davam edir. “Altay” tankı üçün hazırlanan “Batu” tank mühərrikinin və eləcə də yeni nəsil yüngül zirehli maşınlar üçün hazırlanan “Utku” mühərrik və transmissiyasının ilk prototipi işə salınıb və sınaqları davam edir. SOM və “Atmaca” raketlərində istifadə olunacaq KTJ-3200 turboreaktiv mühərrikinin ilk çatdırılması isə bu il ərzində həyata keçiriləcək. Pilotsuz uçuş aparatları üçün yerli mühərriklər artıq istifadə edilir.

2021 11 arat2

thumbs b c 2fe984b30873f9d8cd96d9f7d322bfd8

Poliqon.az

CATEGORIES
TAGS