Türkiyədə “Sancar” insansız katerinin ilk sınaqları keçirilib

Türkiyədə “Sancar” insansız katerinin ilk sınaqları keçirilib

Türkiyənin HAVELSAN şirkəti və “Yonca Onuk Tərsanəsi” tərəfindən birgə hazırlanan “Sancar” silahlı insansız katerinin ilk sınaqları keçirilib.

“Poliqon” xəbər verir ki, bu barədə Türkiyənin Müdafiə Sənayesi (SSB) başqanı İsmail Dəmir özünün “Twitter” hesabında paylaşım edib.

Türkiyə müdafiə sənayesinin pilotsuz uçuş aparatlarının (PUA) ardınca insansız dəniz platformalarında da fərq yaradacağını bildirən İsmail Dəmir “Sancar”ın sınaqları uğurla tamamladığını vurğulayıb.

Modulyar quruluşdakı “Sancar” insansız kateri 12.7 metr uzunluğundadır və 40 knot sürətlə üzmək imkanına sahibdir.

Poliqon.az

CATEGORIES
TAGS