Türkiyədə “Tayfun” raketinin seriyalı istehsalı ilə bağlı müqavilə imzalanıb

Türkiyədə “Tayfun” raketinin seriyalı istehsalı ilə bağlı müqavilə imzalanıb

Türkiyənin Müdafiə Sənayesi Başqanlığında (SSB) “Tayfun”, “Sungur”, “Karaok” və TRLG-230 raketlərinin istehsalı ilə bağlı müqavilə imzalanıb.

Bu barədə “Poliqon” Türkiyə Milli Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verib.

Bildirilib ki, imza mərasiminda Türkiyənin milli müdafiə naziri Yaşar Güler, ​​Baş Qərargah rəisi Metin Gürak, Quru Qoşunları komandanı Selçuk Bayraktaroğlu, nazir müavini Celal Sami Tüfekçi, SSB başqanı Haluk Görgün, “Roketsan” şirkətinin baş direktoru Murat İkinci və digər rəsmilər iştirak edib.

CATEGORIES
TAGS