DünyaSənaye

Türkiyədə yeni zirehli ambulans maşını yaradılıb – FOTOLAR

Türkiyənin “Katmerciler” şirkətinin istehsalı olan zirehli ambulans maşının təqdimatı keçirilib.

Bu barədə “AzeriDefence” şirkətin mətbuat xidmətinə istinadən məlumat verib.

Türkiyə Silahlı Qüvvələri və hüquq-mühafizə orqanlarının tələbatını ödəmək məqsədi ilə istehsal edilən zirehli ambulans 4×4 təkər formuluna malikdir.

Ford F550 şassisi üzərində yaradılan zirehli ambulans təhlükəli ərazilərdə ilkin tibbi yardım və təxliyə məqsədi ilə yaradılıb.

Ambulansın daxilinin genişliyi xəstələr üzərində ayaq üstə əməliyyat aparmaq imkanı verir.

Zirehli ambulans maşın sürücü, 2 tibb heyəti və 5 xəstə daxil olmaqla 8 nəfəri daşımaq qabliyyətinə sahibdir.

Məlumatda o da qeyd olunub ki, 300 HP gücünə və 4×4 sürmə imkanına malik ambulans maşın hər cür yol və hava şəraitinə uyğun hazırlanıb.

Sürücü, tibb heyəti və xəstələrin təhlükəsizliyini tam təmin edən zirehli ambulansın istənilən konfiqurasiya və fərqli balistik qoruma səviyələrinə uyğun dizayn edilməsi mümkündür.

katmerci ambul3b e1489743604907

katmerci ambul2b e1489743613109

katmerci ambul1b e1489743622540

kamerci ambul2 e1489743636463

Back to top button