Xəbərlər

Türkiyənin “Altay” tankı və “Fırtına” haubitsası Ukrayna mühərrikləri ilə təchiz edilə bilər

Ukraynanın “V.A.Malışev adına Xarkov nəqliyyat maşınqayırma zavod”unun nümayəndələri, Türkiyə tərəfi ilə zirehli maşınların 6TD-2 və nadir hallarda adı çəkilən 6TD-4 mühərrikləri ilə təchiz edilməsindən ötrü danışıqlar aparırlar.

“Poliqon”un məlumatına görə, IDEF-2021 beynəlxalq müdafiə sərgisi çərçivəsində, Ukrayna ekspozosiyasında 6TD mühərrikinin iki versiyası – 6TD-2 və 6TD-4 nümayiş etdirilib. Ukraynalı mütəxəssislər bu mühərriklərlə Türkiyənin T-155 “Fırtına” özüyeriyən artilleriya qurğusunu (ÖAQ) və “Altay” tankını təchiz etməyi təklif edirlər.

Təklifə görə, 1200 at gücünə malik 6TD-2 mühərriki “Fırtına” ÖAQ-ın təkmilləşdirilmiş T-155 “Fırtına II” versiyasına quraşdırıla bilər. Müəssisə nümayəndələrinin sözlərinə görə, sərgiyə gətirilmiş bu mühərrik T-155 “Fırtına” ÖAQ-ı təkmilləşdirmək üçün hazırlanıb. Bu mühərrik artıq Pakistanın “Al-Xalid”, Taylandın “Oplot” və Ukraynanın T-84 tanklarında istifadə olunur. Mühərrikin artıq praktiki istismar yoxlamasından keçirildiyini nəzərə alaraq, Ukraynalı mütəxəssislər onu Türkiyəyə təklif ediblər.

Bununla yanaşı, perspektivli “Altay” tankı üçün də mühərrik təklif olunub. Bu 1550 at gücünə malik  6TD-4 mühərrikidir. Ukraynalı nümayəndənin sözlərinə görə, Türkiyə tərəfi hazırda bu mühərrikin bütün texniki xüsusiyyətlərini alıb və birgə layihəni inkişaf etdirib-etdirməmək barədə qərar qəbul edir. Bu zaman o qeyd edib ki, “Altay” tankına 6TD-4 mühərrikinin quraşdırılması ilə əlaqədar xüsusi texniki problem görmür.

243766547 405254691099815 1969946782430081384 n

243416244 405253481099936 555371610493126585 n

Əhəd Əzizov

Poliqon.az

Back to top button