
Türkiyə Hərbi Hava Qüvvələri (HHQ) 2018-ci ilə kimi ABŞ istehsalı olan F-35 döyüş təyyarələrini ala biləcək.
“AzeriDefence”nin xarici mediaya istinadən verdiyi məlumatına görə, Türkiyənin milli müdafiə naziri Fikri İşıq bildirib ki, beçinci nəsil döyüş təyyarəsi hesab olunan F-35-lərin ilk partiyası 2018-ci ilin sonuna qədər Türkiyə HHQ-nın təyyarə parkına daxil ediləcək.
Onun sözlərinə görə, ilk partiyada iki ədəd təyyarə olacaq. Ümumilikdə isə 24 döyüş F-35 döyüş təyyarəsi alınacaq.
Xatırladaq ki, F-35 indiyə qədər yaradılan döyüş təyyarələrinin arasında ən bahalısıdır. Təyyarənin 1 ədədinin qiyməti 159 milyon dollardır.




