
Türkiyənin milli müdafiə naziri Hulusi Akar Azərbaycanda keçirilən birgə hərbi təlimləri izləmək məqsədilə bugün ölkəyə səfər edəcək.
Bu barədə “Poliqon”a Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini, polkovnik-leytenant Anar Eyvazov açıqlama verib.
“Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovun dəvəti ilə Türkiyə Respublikasının milli müdafiə naziri cənab Hulusi Akar və Türkiyə Silahlı Qüvvələrinin digər rəhbər heyəti ölkəmizdə keçirilən birgə təlimləri izləmək məqsədilə bugün Azərbaycana səfər edəcək”, – deyə Anar Eyvazov bildirib.




