Türkiyənin Milli Müdafiə Nazirliyi Azərbaycan Silahlı Qüvvələrinə təbrik mesajı ünvanlayıb

Türkiyənin Milli Müdafiə Nazirliyi Azərbaycan Silahlı Qüvvələrinə təbrik mesajı ünvanlayıb

Türkiyənin Milli Müdafiə Nazirliyi (MSB) 26 iyun – Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycana təbrik mesajı ünvanlayıb.

“Poliqon” xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmi “Twitter” hesabında paylaşım edilib.

“Azərbaycan Silahlı Qüvvələrinin 107-ci ildönümü mübarək olsun. Qardaş Azərbaycanın təhlükəsizliyi və əmin-amanlığı naminə gecə-gündüz demədən xidmət edən qəhrəman Azərbaycan Silahlı Qüvvələrini salamlayırıq. “Bir millət, iki dövlət” şüarı ilə hər zaman bir ürək, bir yumruq olmağa davam edəcəyik”, – deyə paylaşımda bildirilib.

CATEGORIES