Türkiyənin Milli Müdafiə Nazirliyi Azərbaycan Silahlı Qüvvələrinə təbrik mesajı ünvanlayıb
Türkiyənin Milli Müdafiə Nazirliyi (MSB) 26 İyun – Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycana təbrik mesajı ünvanlayıb.
“Poliqon” xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmi “Twitter” hesabında paylaşım edilib.
“Azərbaycan Türkü qardaşlarımızın əmin-amanlığı və təhlükəsizliyi üçün qəhrəmancasına və fədakarcasına xidmət edən güclü Azərbaycan Silahlı Qüvvələrinin 106-cı quruluş ildönümü qutlu olsun. Bundan sonra da Azərbaycan Silahlı Qüvvələri tək yumruq, tək ürək olmağa davam edəcəyik”, – deyə paylaşımda bildirilib.
CATEGORIES Xəbərlər