Türkiyənin Milli Müdafiə Nazirliyi Azərbaycan Silahlı Qüvvələrinə təbrik ünvanlayıb
Türkiyənin Milli Müdafiə Nazirliyi (MSB) 26 İyun – Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycana təbrik ünvanlayıb.
“Poliqon” xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmi “Twitter” hesabında paylaşım edilib.
“Azərbaycan Silahlı Qüvvələrinin 105-ci quruluş ildönümü qutlu olsun. Azərbaycanlı türk qardaşlarımızın əmin-amanlığı və təhlükəsizliyi üçün qəhrəmancasına və fədakarcasına xidmət göstərən qüdrətli Azərbaycan Silahlı Qüvvələri ilə bundan sonra da tək yumruq, tək ürək olmağa davam edəcəyik”, – deyə paylaşımda qeyd olunub.
CATEGORIES Manşet