Türkiyənin Milli Müdafiə Nazirliyi Azərbaycan xalqını təbrik edib
Türkiyənin Milli Müdafiə Nazirliyi 8 Noyabr – Zəfər Günü münasibəti ilə Azərbaycan xalqını təbrik edib.
“Poliqon” xəbər verir ki, bununla bağlı Türkiyənin Milli Müdafiə Nazirliyinin rəsmi “X” hesabında paylaşım edilib.
“Sən olasan gülüstan,
Sənə hər an can qurban!
Sənə min bir məhəbbət
Sinəmdə tutmuş məkan!
Üçrəngli bayrağınla məsud yaşa Azərbaycan!
Azərbaycan Türkü qardaşlarımızın 8 Noyabr – Zəfər Gününü təbrik edir, qardaşlarımızı ən səmimi hisslərimizlə salamlayırıq”, – deyə paylaşımda qeyd olunub.