Türkiyənin “Yalpa” sistemi Malayziya korvetlərinin stablizasiyasını təmin edəcək

Türkiyənin “Yalpa” sistemi Malayziya korvetlərinin stablizasiyasını təmin edəcək

STM şirkətinin baş podratçılığı ilə inşa edilən Malayziya Hərbi Dəniz Qüvvələrinin (HDQ) korvetləri üçün “Yalpa” stablizasiya sisteminin tədarükü tamamlanıb.

“Poliqon” STM-ə istinadən xəbər verir ki, Türkiyənin ilk milli “Yalpa” stablizasiya sistemi suüstü döyüş gəmilərinin pis hava və dəniz şəraitində qarşılaşdığı dinamik təsirləri azaldaraq, platformaların döyüş tapşırıqlarını yüksək səviyyədə və təhlükəsiz şəkildə həyata keçirməsini təmin edir.

“Yalpa” sistemi “STM” və “Robotek Otomasyon Teknolojileri” şirkətlərinin birgə əməkdaşlığı ilə inkişaf etdirilib. Bu sistem hazırda STM-in baş podratçılığı ilə Malayziya HDQ üçün inşa edilən üç ədəd korvetə quraşdırılıb. Beləliklə, sistemin zavod qəbul testləri və çatdırılma prosesləri uğurla tamamlanmış olub.

“Yalpa” stablizasiya sistemi daha əvvəl STM-in həyata keçirdiyi ixrac layihəsi çərçivəsində başqa bir müştərinin iki korvetinə inteqrasiya edilib.

Sistem həmçinin Türkiyənin MİLGEM layihəsi çərçivəsində “İstif” sinifli freqatlarda da quraşdırılacaq.

Gəminin hər iki tərəfdəki həddindən artıq yellənmə hərəkətinin qarşısını almaq üçün hazırlanmış “Yalpa” sistemi platformaya dalğalı dənizlərdə fəaliyyət göstərmək imkanı verir, döyüş zamanı ani manevr nəticəsində meydana gələn mənfi hərəkətləri minimuma endirir, şəxsi heyətin təhlükəsizliyini və platformanın əməliyyat səmərəliliyini artırır. Bundan başqa, helikopterlərin gəmiyə təhlükəsiz şəkildə eniş-qalxışını və atəş zamanı silah sistemlərinin stablizasiyasını da təmin edir.

CATEGORIES
TAGS