Türkiyənin Tank Test Mərkəzi açıldı – FOTO
“Otokar” şirkətinin Tank Test Mərkəzi istifadəyə verilib. “AzeriDefence”nin məlumatına görə, bu gün gerçəkləşən açılış mərasiminə Türkiyənin milli müdafiə naziri İsmət Yılmaz, müdafiə sənayesi katibi Murad Bayar və digər şəxslər qatılıb.Tədbirdə çıxış edən müdafiə naziri İ. Yılmaz “Altay” tank layihəsində dünyanın ən son texnologiyalarından istifadə olunduğun bildirib.
“Otokar”ı Türkiyənin qabaqcıl şirkəti adlandıran nazir bu layihədə ASELSAN və ROKETSAN kimi şirkətlərin dəstək olduğunu, həmçinin Türkiyədən 40-a yaxın firmanın alt yüklənici kimi çıxış etdiyin vurğulayıb. Test Mərkəzindən ehtiyac duyan yerli və xarici firmaların da istifadə edə biləcəyin qeyd edib.
Müdafiə sənayesi katibi Murad Bayar isə qeyd edib ki, tankın əsas silahını MKEK, atış idarə sistemini ASELSAN, zirehlərini ROKETSAN hazırlayır. Layihədə Silahlı Qüvvələrin texniki baxım mərkəzlərinin imkanlarından da istifadə olunur. Hazırda layihədə 500-dən çox mühəndis çalışır.
Bayar seriyalı istehsala başlandıqdan sonar tankın mülkiyyət haqqlarının tamamilə Türkiyəyə aid olacağını ifadə edib.
“Otokar” şirkətinin İdarə Heyətinin sədri Qüdrət Önən isə öz imkanları hesabına istehsal etdikləri taktik zirehli vasitələrin Türkiyədə və beş qitədə 20-dən çox ölkədə istifadə edildiyin vurğulayıb.
“Bu missiyamızı davam etdirmək və Türkiyənin ilk milli əsas müharibə tankı üçün bizə verilən vəzifəni ən yaxşı şəkildə reallaşdırmaq üçün ilk Tank Test Mərkəzini işə salırıq. Müdafiə Sənayesi Katibliyinin qatqısı ilə həyata keçirdiyimiz, cəmi 10 milyon dollar sərmayə tutan bu layihə “Altay” proyektinin əhəmiyyətli bir məhək daşı olacaq. Tank Test Mərkəzi sayəsində “Altay” tamamlandığında aktual təhdidlərə qarşı inkişaf etdirilmiş, dünyanın müasir əsas müharibə tankı olacaq”, – deyə Q. Önən əlavə edib.
Qeyd edək ki, Tank Test Mərkəzinə Elektromanyetik Uyarlılıq Test Mərkəzi, Tank Test Meydançası və Dinamometrik İqlim Test Mərkəzi daxildir. Burada bütün elektronikası, tankın hərəkət qabiliyyəti, fərqli iqlim şəraitlərində çalışma qabiliyyəti və s. ən yüksək səviyyədə yoxlanılacaq.