Müdafiə
Türkmənistanın Sərhəd Xidmətinin rəisinin rütbəsi endirilib

Türkmənistan Sərhəd Xidmətinin rəisinin rütbəsi bir pillə endirilib.
“AzeriDefence”nin Türkmənistan KİV-nə istinadən verdiyi məlumata görə, prezident Qurbanqulu Berdımuhəmmədovun imzaladığı sərəncamla Türkmənistan Dövlət Sərhəd Xidmətinin rəisi general-mayor Beqenç Gündoğduyevin rütbəsi polkovnikə endirilib.
Rütbəsi aşağı saınan Xidmət rəisinə şiddətli töhmət verilib və çatışmazlıqları aradan qaldırmaq tapşırılıb.




