TUSAŞ modernləşdirilən növbəti Su-25ML-i Azərbaycan HHQ-yə təhvil verib

TUSAŞ modernləşdirilən növbəti Su-25ML-i Azərbaycan HHQ-yə təhvil verib

Türkiyənin TUSAŞ şirkəti tərəfindən “Laçın” layihəsi adı altında modernləşdirilən növbəti Su-25ML (modernizə edilmiş “Laçın”) hücum təyyarəsi Azərbaycan Hərbi Hava Qüvvələrinə təhvil verilib.

“Poliqon” xəbər verir ki, modernləşdirilən növbəti Su-25ML hücum təyyarəsinin görünütsü Azərbaycan Müdafiə Nazirliyinin ““Anadolu Ankası-2024” təliminin başa çatması ilə bağlı paylaşdığı videoda öz əksini tapıb.

Belə ki, videoda uçuş yerinə yetirən iki Su-25ML təyyarəsindən birinin quyruq nömrəsinin 18 olduğu görülür. Bundan əvvəl ötən il modernləşdirilərək Azərbaycan HHQ-yə təhvil verilən iki Su-25ML-in isə quyruq nömrələri 27 və 37 idi. Bu, “Laçın” layihəsi adı altında modernləşdirilən artıq 3 ədəd Su-25ML hücum təyyarəsinin Azərbaycan HHQ-nin istismarında olduğunu göstərir.

CATEGORIES
TAGS