TUSAŞ növbəti ATAK FAZA-2 helikopterini sifarişçiyə çatdırıb

TUSAŞ növbəti ATAK FAZA-2 helikopterini sifarişçiyə çatdırıb

TUSAŞ şirkəti Türkiyənin Quru Qoşunlarına növbəti T129 ATAK FAZA-2 hücum və taktiki kəşfiyyat helikopteri təhvil verib.

Bu barədə “Poliqon”a TUSAŞ şirkətindən məlumat verilib.

Bildirilib ki, sifarişçiyə təhvil verilən FAZA-2 konfiqurasiyası milli İFF Mod-5 dost/düşmən tanıma sistemi və 6 sensorlu raket xəbərdarlıq sistemi ilə təchiz edilmiş ilk ATAK helikopteridir.

ATAK FAZA-2 helikopterinin mövcud elektron müharibə özünü mühafizə sistemlərindən əlavə, inteqrasiya edilən radar və lazer xəbərdarlığı qəbulediciləri, radio tezliklərinə müdaxilə sistemləri helikopterlərin özünümüdafiə effektivliyini artırıb.

Türkiyə Müdafiə Sənayesi Başqanlığı (SSB) tərəfindən həyata keçirilən T129 ATAK layihəsi çərçivəsində bu günə qədər TUSAŞ tərəfindən istehsal edilən 73 ədəd ATAK helikopteri təhlükəsizlik qüvvələrinə təhvil verilib. Şirkətin ən azı 56 ədəd helikopteri (5-i FAZA-2 olmaqla) ölkənin Quru Qoşunlarına, 13 ədəd FAZA-2 helikopteri Jandarma Baş Komandanlığına və 3 ədəd ATAK FAZA-2 helikopteri isə Təhlükəsizlik Baş İdarəsinə təhvil verilib. İlk tədarükləri həyata keçirilən ATAK FAZ-2 konfiqurasiyasından olan 21 ədəd helikopterin isə birinci mərhələdə təhvil verilməsi planlaşdırılıb.

Rizvan Fikrətoğlu

Poliqon.az

CATEGORIES
TAGS