
Türkiyənin TUSAŞ şirkəti ilə Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) EDGE şirkəti arasında əməkdaşlığın inkişaf etdirilməsi və birgə fəaliyyətlərin həyata keçirilməsinə dair anlaşma memorandumu imzalanıb.
“Poliqon” TUSAŞ-a istinadən xəbər verir ki, memorandum Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində keçirilən “World Defense Show-2024” sərgisi çərçivəsində imzalanıb.




