Xəbərlər
Ukrayna BTS-4 zirehli evakuasiya maşınlarını təkmilləşdirib

“Ukroboronprom” Dövlət Konserninə daxil olan “Lviv Zirehli Zavodu” BTS-4 zirehli evakuasiya maşınlarını təkmilləşdirib.
Bu barədə “AzeriDefence”ə “Ukroboronprom” Dövlət Konserninin mətbuat xidmətindən məlumat verilib.
Taktiki və texniki xüsusiyyətləri təkmilləşdirilmiş BTS-4 zirehli texnikalar Ukrayna Silahlı Qüvvələrinə təhvil verilib.
Bildirilib ki, təkmilləşdirilmiş BTS-4 zirehli evakuasiya maşınlarının sınaqları uğurla nəticələnib.
BTS-4 əsasən döyüş meydanında zədələnən tırtıllı və təkərli hərbi texnikaların təxliyəsi üçün nəzərdə tutulub.






