Xəbərlər

Ukrayna helikopterlərini “ADA”ya hazırlayır

Ukrayna Müdafiə Nazirliyi, Türkiyədən alacağı “ADA” sinifinə məxsus dörd ədəd korvet üçün hazırlıqlara başlayıb.

“Poliqon”nun “C4-Defence”ə istinadən verdiyi məlumata görə, Ukrayna Müdafiə Nazirliyi, Mi-2 helikopterinin “Motor Siç” şirkətinin baş podratçılığı ilə modernləşdirilməsini planlaşdırır.

Modernləşmə işləri çərçivəsində Mi-2 sistemlərinin tamamilə rəqəmsallaşdırılması və yeni bir mühərriklə təchiz edilməsi gözlənilir. Ukrayna Müdafiə nazirinin müavini Oleksandr Myronyuk, helikopterlərin axtarış-xilasetmə və sualtı müdafiə xidmətlərində istifadə üçün iki versiyada olacağını bildirib.

İki ədəd turboşaft mühərriki ilə təchiz olunmuş Mi-2 helikopteri raket və top qınları ilə təchiz edilə bilir. Həmçinin tank əleyhinə və “hava-hava” tipli raketlərlə silahlandırılır.

Modernləşdirmə işlərinin 2023-ə qədər davam edəcəyi bəyan edilib. Korvetlərin inşasına isə bu il başlanacaq.

 

Back to top button