Ukrayna Mi-24P helikopterinin sınaqlarını başa çatdırıb

Ukrayna Silahlı Qüvvələrinin Dövlət Elmi Sınaq Mərkəzinin Krımdakı bazasında Mi-24P müasirləşdirilmiş helikopterinin sınaqları başa çatıb. “AzeriDefence”nin bildirdiyinə görə, bu barədə Ukrayna Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Nazirliyin məlumatında qeyd olunub ki, dövlət sınaqları dövründə helikopter 50-dən çox uçuş həyata keçirib. Aviasiya vasitələrinin döyüş tətbiqlərinin gedişatında təxminən 50 fuqas və qəlpələnən-fuqas aviasiya bombasından istifadə edilib. Hədəflər üzrə 700-dən çox idarə olunmayan aviasiya raketi və təxminən 1200 top mərmisi buraxılıb. Döyüş tətbiqi ilə təxminən 10 gecə uçuşu keçirilib.

Sınaqlarda əsas diqqət aqreqatların və mühərrikin işinə, gecə görmə və nişanlama cihazlarına, həmçinin silahlandırılmaya ayrılıb. Müxtəlif rejimlərdə helikopterin idarə edilməsinin xarakteristikaları tədqiq olunub. Həmçinin onun düzənlik və dağlarda döyüş aparmasının effektivliyi yoxlanılıb.

Sınaq mərkəzinin direktoru, ehtiyatda general-mayor Yuri Tişkovun sözlərinə görə, uçuşlar mürəkkəb meteoroloji şərtlərlərdə, aşağı temperaturlar vaxtı və maksimal yüklənmələrlə keçirilib.

KATEQORIYA: