Müdafiə
Ukrayna Ordusunun 2017-ci il üçün satınalma və modernləşmə xərcləri müəyyənləşdirilib – FOTO

Silahlı Qüvvələrin mərkəzi avtomatlaşdırılmış idarəetmə sisteminin qurulması da nəzərdə tutulur
Ukrayna Silahlı Qüvvələrinin hərbi texnki bazasının modernləşdirilməsi üçün 2017-ci ilin büdcəsindən ayrılacaq vəsaitin məbləğini müəyyənləşdirib.
“AzeriDefence”nin məlumatına görə, Ukrayna Nazirlər Kabinetinin yaydığı xəbərdə bildirilib ki, Ukrayna hökuməti silah və hərbi texnikanın müasirləşdirilməsi, yenilənməsi və digər zəruri tədbirlərin görülməsi üçün 240 milyon ABŞ dolları məbləğində dövlət büdcəsindən vəsait ayırıb.
Bu məbləğin 208 milyon dolları yalnız satınalmalara və modernləşmə sahəsinə xərclənəcək.
8,2 milyon dollar isə Silahlı Qüvvələrin mərkəzi avtomatlaşdırılmış idarəetmə sisteminin qurulmasına ayrılacaq.




