Ukrayna səsdən iti idarəolunan aviasiya raketi yaradır

Ukraynanın “Proqress” şirkəti “Bliskavka” (“Şimşək”) “hava-yer” sinfinə aid səsdən iti idarəolunan aviasiya raketi (İOAR) üçün mühərrikin prototipini hazırlayıb və sınaqdan keçirib.
“Poliqon” xəbər verir ki, bunu “İvçenko-Proqress” Dövlət Müəssisənin direktoru İgor Kravçenko deyib.
“Biz, səsdən iti raket istiqamətində “Pivdenne” (“Cənub”) Konstruktor Bürosu ilə çox məhsuldar şəkildə çalışırıq. Bu mənada yaxşı bir təcrübəyə sahibik və raket mühərrikinin prototipini artıq stendlərimizdə sınadıq. Öz tərəfimizdən əminəm ki gecikmələr olmayacaq”, deyərək İqor Kravçenko bildirib.
O da məlumdur ki, “Bliskavka” üçün özütuşlama başlıqlarının səsləndirilən variantların ən azı bir hissəsinin prototipləri artıq mövcuddur. Bu sistemlərdə müəyyən layihələndirmələr “Sapsan” ƏTRK-in yaradılması çərçivəsində həyata keçirilib və daha kiçik raket üçün uyğunlaşdırıla bilər.
Lakin bu layihənin ümumi inkişafındakı vəziyyət “Cənub” KB-də necədir, ümumi irəliləyiş nədir, hal-hazırda məlum deyil. Baxmayaraq ki, “Cənub” KB-nin mütəxəssisləri artıq Müdafiə Nazirliyinin komissiyası qarşısında “Bliskavka” İOAR ilkin layihəsini müdafiə etmişlər, bu sahədə sınaq-konstruktor işlərinə başlanması barədə hələ heç bir məlumat yoxdur.
Eyni zamanda, “İvçenko-Proqress” Dövlət Müəssisəsində hesab edirlər ki, Ukraynanın bu tip raketləri təkbaşına yaratmağa və istehsal etməyə imkanı çatır.
“İlk pilot layihə olaraq “Bliskavka” layihəsinin yaradılması müəyyən texnoloji həllərin hazırlanması məqsədini daşıyır. Layihə dəyərli layihədir və inanıram ki, dövlətimiz buna qadirdir. Maliyyə komponentinə gəldikdə isə, bu tip məhsullar üçün qiymətlər kifayət qədər mülayimdir. Buna görə özümüzünkünə sahib olacağıq və satın almayacağıq”, deyərək İgor Kravçenko açıqlama verib.
Xatırladaq ki, ilk dəfə səsdən iti “Bliskavka” İOAR layihəsi “Cənub” KB tərəfindən “Silah və Təhlükəsizlik-2019” Beynəlxalq müdafiə sərgisində təqdim edilib.
Bu silahlar 110 kilometrə qədər məsafədə yerləşən müxtəlif yerüstü, dəniz və radiokontrast hədəfləri məhv etmək üçün təyin edilib.
Niyyətə görə, raketin müxtəlif növ özütuşlama başlığı (passiv, aktiv-passiv və optik və radiolokasiya kanalının birləşməsi ilə) və döyüş başlıqları (nüfuzedici fuqas və ya qəlpəli-fuqas) olan bir neçə variantı olacaqdır.
Daşıyıcı kimi həm Su-24M cəbhə bombardmançısı, həm də Su-27 çoxməqsədli qırıcı təyyarələri istifadə edilə bilər. Ancaq ümumiyyətlə silahların digər döyüş təyyarələri modellərinə uyğunlaşdırılması istisna olunmur.
Əlavə etmək lazımdır ki, Ukrayna Silahlı Qüvvələrini bu tip silahlara ehtiyacı böyükdür. Çünki, Hərbi Hava Qüvvələrində hazırda belə imkanlara malik “hava-yer” sinfinə aid raketlər mövcud deyil.
Əhəd Əzizov




