
Ukrayna yeni zenit-raket kompleksinin (ZRK) yaradılması işlərini yekunlaşmaq üzrədir.
“AzeriDefence” “Ukroboronservis”in mətbuat xidmətinə istinadən verdiyi məlumatına görə, “Dnepr” adlandırılan ZRK-nın yaradılması işlərinə 2015-ci ildən başlanılıb.
Çoxkanallı “Dnepr” ZRK hava hücumundan müdafiə (HHM) qüvvələrinin işlərini daha da asanlaşdıracaq. “Dnepr”in idarə olunan raketləri bütün növ təyyarə və helikopteri, pilotsuz uçuş aparatlarını, o cümlədən orta və kiçik mənzilli qanadlı raketləri məhv etmək imkanına malikdir.
“Dnepr” ZRK-ya döyüş-idarəetmə məntəqəsi, çoxfunksiyalı RLS, atəş qurğusu daxildir.
Döyüş-idarəetmə məntəqəsi aparat və qurğu bölmələrindən ibarətdir.
“Dnepr” ZRK-nın hədəfi aşkarlama məsafəsi hündürlükdə 7-150 km, 0,15 – 50 km və 0,02-28 km-dır.
ZRK eyni anda 6 hədəfi aşkarlamaq imkanına malikdir.
Kompleksin döyüşə hazır olma vaxtı 4 dəqiqədir.




