Ukrayna ZTM-1 avtomatik topunu silahlanmaya qəbul etdi – FOTO
Ukrayna Ordusu 30 mm-lik ZTM-1 avtomatik topunu silahlanmaya qəbul edib. “AzeriDefence”nin bildirdiyinə görə, bu barədə Ukraynanın Müdafiə Nazirliyi məlumat yayıb.
Müdafiə naziri Dmitri Salamatinin bununla bağlı imzaladığı sənəddə yeni silah sisteminin tərkibi və onun əsas taktik-texniki xarakteristikaları göstərilib.
Toplar Ukraynanın Silahlı Qüvvələrinin raket-artilleriya idarəsinə çatdırılacaq. Silahın istehsalı ilə Morozov adına Xarkov Maşınqayırma və Konstruktor Bürosu məşğul olacaq.
ZTM-1 topunu BTR-70, BTR-80, MT-LB, BTR-3, BTR-4, BMPV-64 tipli piyadaların döyüş maşınlarında qurmaq mümkün olacaq.
Keçmiş Sovet 2A72 topunun anoloqu olan ZTM-1 topunun çəkisi 84 kq, uzunluğu 3006 mm, atəş uzaqlığı 4 min metr, tezatma qabiliyyəti dəqiqəyə 330 atəşdən çoxdur. Topun döyüş komplektinə 150-dən artıq mərmi daxildir.