
“Ukroboronprom” Dövlət Şirkəti Lıvov Tank Zavodunda “Dozor-B” versiyalı yüngül zirehli transportyorun yenidən istehsalına başlayıb.
“Azeridefence”nin məlumatına görə, bu barədə “Ukroboronprom”un mətbuata açıqlamasında bildirilib.
4×4 təkər formuluna malik “Dozor-B” xüsusi təyinatlıların əməliyyatlarında personal daşıyıcı olaraq istifadə edilir.
“Dozor-B” kəşfiyyat, sanitar və komanda nəzarət zirehli nəqliyyatı olaraq da istifadə edilir. Transportyorun zirehi 7.62 mm-lik pulemyotun mərmilərinə, qəlpələrə, bəzi minalara və kimyəvi hücuma qarşı qorumanı təmin edir.
Qeyd edək ki, Ukrayna 2016-cı ilin aprelində “Dozor-B” zirehli maşınını gecikmə, səhv istehsal və büdcə azlığı səbəbiylə ləğv etmişdir. “Dozor-B” maşının istehsalı tamamlandıqdan sonra, Ukrayna Ordusunun silahlanmasına daxil ediləcək.




