
Ukraynada idarəolunmayan aviasiya raketinin sınaqları keçirilib.
“AzeriDefence”nin “Ukroboronprom” Dövlət Şirkətinin mətbuat xidmətinə istinadən verdiyi məlumatına görə, raket adıçəkilən quruma daxil olan “Artyom” müəssisəsində yaradılıb.
80 mm-lik raketlər yerüstü, o cümlədən hava hədəflərinin məhv edilməsi üçün nəzərdə tutulub.
Raketin sınaqları Mi-8MSB helikopterinin üzərində həyata keçirilib.
Yeni raket Ukrayna Hərbi Hava Qüvvələrinin istismarı üçün nəzərdə tutulub.



