Ukraynanın yeni raket kompleksləri ilə maraqlanan ölkələrin adları məxfilikdən çıxarıldı

Ukraynanın yeni raket kompleksləri ilə maraqlanan ölkələrin adları məxfilikdən çıxarıldı

Ukrayna müdafiə sənayesi müəssisələri tərəfindən milli imkanlar hesabına hazırlanan yeni raket kompleksləri ilə maraqlanan ölkələrin adları məxfilikdən çıxarılıb.

“Poliqon” xəbər verir ki, bu barədə “Luç” Kiyev Dövlət Konstruktor Bürosunun baş direktoru Oleq Korostelyov bildirib.

Baş direktorun sözlərinə görə, hazırda dörd ölkə Ukraynanın RK-360MTs “Neptun” gəmi əleyhinə raket kompleksi və təkmilləşdirilmiş “Vilxa-M” (“Alder-M”) yaylım atəşli reaktiv sistemini (YARS) almaqda daha çox maraqlıdır.

Hələ dövlət testlərini tamamlamayan “Vilxa-M” yaylım atəşli reaktiv sistemi, hətta müştərilərdən biri üçün istehsal olunur.

O. Korostelov Ukraynanın yerli istehsalı olan raket sistemlərini alacaq ölkələrin Küveyt və Səudiyyə Ərəbistanı olduğunu açıqlayıb. O, daha iki ölkənin “Neptun” gəmi əleyhinə raket sistemi ilə maraqlandığını da əlavə edib.

vilxa m

“Vilxa-M” yaylım atəşli reaktiv sistemi

neptun

“Neptun” gəmi əleyhinə raket kompleksi

Rizvan Fikrətoğlu

Poliqon.az

 

CATEGORIES
TAGS