
Döyüş sursatlarının və atıcı silahın hazırlaması üzrə ixtisaslaşmış “Stiletto Systems Ltd” Ukrayna-İngiltərə birgə müəssisəsi özünün yeni snayper tüfəngi olan STL-016 “Armata-killer”i nümayiş etdirib.
“AzeriDefence”nin “Military İnformant” saytına istinadən verdiyi məlumata görə,
“Silah və Təhlükəsizlik-2016” sərgisində nümayiş etdirilmiş STL-016 snayper tüfəngi .300 WSM kalibrli patronlar istifadə edir.
Tüfəng xüsusi hazırlanmış zirehdələn sursatlarla zirehli texnikanı məhv etməyə imkan verir.
Silah 800 metrə qədər məsafədə 11 mm, 1000 mm-dək məsafədə 8 mm qalınlığında zirehi deşir. Atış məsafəsi 2000 metr, atış tempi dəqiqədə 20 atəşdir.




