Ukraynda ötən il istifadəyə verilən yerli silah-texnikanın sayı açıqlanıb

Ukraynda ötən il istifadəyə verilən yerli silah-texnikanın sayı açıqlanıb

2025-ci ildə Ukrayna Müdafiə Nazirliyi yerli istehsal olan 1300-dən çox yeni silah və hərbi texnika modelini istismara verib.

“Poliqon” Ukrayna Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, bu, 2024-cü illə müqayisədə 25% çoxdur.

Ən böyük payı təşkil edən kateqoriyalar:

  • Pilotsuz uçuş aparatları (PUA) – 550-dən çox model;
  • Müxtəlif təyinatlı döyüş sursatları – 270-dən çox model;
  • 50-dən çox avtomobil texnikası model;
  • 11 zirehli texnika modeli (o cümlədən xüsusi zirehli avtomobillər);
  • 13 atıcı silah modeli.

“Bu nəticə Ukrayna istehsalçılarının sistemli fəaliyyətinin göstəricisidir. Onlar yalnız istehsal həcmini genişləndirmir, həm də cəbhə üçün yeni texnoloji həllər yaradırlar. Milli müdafiə sənayesinin inkişafı strateji prioritetdir. Yerli silah layihələri və müasir texnologiyalar Ukrayna Ordusunun dayanıqlığının əsas sütunlarından biridir”, – deyə Ukrayna MN-dən bildirilib.

CATEGORIES
TAGS