
“Uralvaqonzavod” (UVZ) konserni T-90M “Prorıv” və T-72B3M tanklarının növbəti partiyasını Rusiya Müdafiə Nazirliyinə təhvil verib.
Bu barədə “Poliqon” “Rostex” Dövlət Korporasiyasının mətbuat xidmətinə istinadən xəbər verib.
Bildirilib ki, “Uralvaqonzavod” son bir il ərzində istehsal gücünü üç dəfədən çox artırıb.




