USMC yeni “kəşfiyyatçı” seçir: “Cottonmouth” və ya “LAV-II”

USMC yeni “kəşfiyyatçı” seçir: “Cottonmouth” və ya “LAV-II”

Amerika Birləşmiş Ştatları Dəniz Piayadaları Korpusu (USMC – United States Marine Corps) “Advanced reconnaissance vehicle” (ARV, qabaqcıl kəşfiyyat vasitəsi) proqramının finalına yaxınlaşmaq üzrədir.

“Poliqon” xəbər verir ki, “Army Recognition” portalı döyüş maşınlarının prototiplərinin yaradılmasından ötrü USMC ilə “Textron Systems” və “General Dynamics Land Systems” şirkətləri arasında müvafiq müqavilələrin imzalandığını bildirib.

İmzalanan müqavilələrin bir hissəsi olaraq, “Textron” və “General Dynamics” şirkətləri 2023-cü ilin əvvəlinə qədər ABŞ DPK-na tam bir sınaq dövrü üçün miqdarı açıqlanmayan prototiplər təqdim edəcəklər. Yeni maşınların sınaqlarının altı ay çəkəcəyi və tenderin qalibi ilə 2023-cü ilin sonuna qədər yeni zirehli transportyorların seriyalı istehsalı barədə müqavilə imzalanacağı planlaşdırılır.

USMC mətbuat xidməti bildirir ki, “ARV C4/UAS, identifikasiya və rabitə üçün kəşfiyyat, müşahidə, hədəf aşkaretmə və C4 sistemlərinin effektiv birləşməsindən istifadə edəcəkdir. Bu sistemlər ARV-nin pilotlu/pilotsuz komandanın mərkəzi kimi xidmət göstərməsinə və yeni nəsil çoxdomenli mobil kəşfiyyat qabiliyyətini təmin etməsinə imkan verəcəkdir”.

Xatırladaq ki, bundan əvvəl USMC ilə “Science Applications International” (SAIC) şirkəti arasında qabaqcıl kəşfiyyat və döyüş vasitəsi yaradılması barədə müqavilə imzalanmışdır. Həmin dövrdə bildirildi ki, ARV-nin əsas vəzifələri döyüş meydanından kəşfiyyat məlumatlarının toplanması və ötürülməsidir. Yaradılacaq döyüş maşını orta çaplı avtomatik topla, tank əleyhinə raket kompleksi və “kamikaze dronları” ilə silahlandırılmalı, hava hədəfləri ilə mübarizə aparma vasitələri və aktiv müdafiə sistemi ilə təchiz olunmalı, desantın daşınmasını təmin etməlidir.

ABŞ DPK-də bildirilib ki, SAIC şirkəti ARV proqramı çərçivəsində fəaliyyət göstərən podratçılardan biridir. Bu şirkətin vəzifəsi, bütün müasir inkişafları əhəmiyyətli dərəcədə üstələyəcək nəqliyyat vasitələri elektronikasının (vetronika) texnologiyalarına sahib döyüş maşını yaratmaqdır. Qeyd etmək lazımdır ki, SAIC şirkətinin prototipinin final seçimlərində iştirak edib etməyəcəyi barədə isə hələlik məlum deyil.

H1 h2 h3

Əhəd Əzizov

Poliqon.az

CATEGORIES
TAGS