“Vampir” reakiv yaylım atəş sistemi silahlanmaya qəbul üçün hazırdır
Çexiyanın “Excalibur Army” şirkəti yeni RM-70 “Vampir” 4D reakiv yaylım atəş sisteminin yaradılması prosesi yekunlaşıb.
“AzeriDefence”nin məlumatına görə, bu sistem Çexiyanın 1972-ci ildən istehsal etdiyi RM-70 və Sovet hərbi sənayesinin BM-21 “Qrad” reaktiv yaylım atəş sistemlərinin müasir versiyasıdır.
40 lüləli “Vampir” 4D düşmən hədəflərinə görmədən ardıcıl atəş açan, hərbi birlikləri təsirli atəş dəstəyi ilə təmin edən bir silah sistemidir.
“Vampir” 4D bioloji və kimyəvi hücumlara qarşı qoruma qabiliyyətinə malik zirehli kabinə ilə təchiz edilən “Tatra” T-815-7 şassisi üzərinə inteqrasiya edilib.
40 + 40 raket ilə silahlandırılan sistem 30 saniyədə 40 raketdən atəş aça bilir. RM-70 “Vampir” 4D reakiv yaylım atəş sistemin effektiv atış mənzili 20 km təşkil edir.
Sistem ilk dəfə olaraq İDEX-2017 müdafiə texnolojiyaları sərgisində nümayişə çıxarılıb.