Vilayət Vəliyev Azərbaycan Universitetləri üzrə 2023-cü ilin rektoru seçilib

Vilayət Vəliyev Azərbaycan Universitetləri üzrə 2023-cü ilin rektoru seçilib

Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyev Azərbaycan Universitetləri üzrə 2023-cü İLİN REKTORU seçilib.

“Poliqon” “Azərbaycan Universitetləri” səhifəsinə istinadən xəbər verir ki, AzTU-nun rektoru V.Vəliyev səhifənin hər il keçirdiyi İLİN REKTORU seçimlərində ilk dəfə olaraq qalib gəlib.

Bildirilib ki, seçimlər rektorların il ərzindəki nailiyyətləri, universitet idarəçiliyində qazandığı uğurlar, idarəçilərin bacarıqları sayəsində ali məktəblərin son ildə cəmiyyətdə qazandığı nüfuz meyarları əsasında seçilib.

Beləliklə, Vilayət Vəliyevin idarəçiliyi ilə AzTU-nun təkcə bu il qazandığı uğur və nailiyyətlərin bəziləri:

  • AzTU Türkiyənin dünyaca məşhur “Bilişim Vadisi” ilə əməkdaşlığa başladı;
  • Türkiyənin sənaye və texnologiya naziri AzTU-ya gəldi, görülən işlərlə tanış oldu;
  • AzTU Cyberpoint ilə əməkdaşlığa başladı;
  • AzTU-da TUSAŞ yeni nəsil mühəndis hazırlığı üzrə xüsusi layihələrə start verdi;
  • AzTU-nun ikili diplom proqramları genişləndi, Türkiyənin bir çox nüfuzlu universitet rəhbərləri AzTU-ya gələrək əməkdaşlıq müqavilələri imzaladı;
  • AzTU-da ən müasir tələblərə uyğun “CezeriLab” laboratoriyası quruldu, tələbələr həmin laboratoriyada ölkədə ilk dəfə olaraq Azərbaycan dilində proqramlaşdırılan 3D printeri hazırladılar;
  • Dünyaca məşhur NOKİA şirkəti AzTU-da laboratoriya açacağını elan etdi, əməkdaşlıq quruldu;
  • AzTU-nun tələbələri Avropa İttifaqı da daxil olmaqla bəzi qlobal kampaniyaların veb səhifələrində boşluqlar aşkarladı;
  • AzTU Azərbaycanın 16 şəhər və rayonunda irimiqyaslı layihəyə imza atdı – “şəhərdaxili hərəkət (mobillik) planının hazırlanması”;
  • Türkiyənin Elmi və Texnoloji Tədqiqat Şurasının rəhbəri AzTU-ya gəldi, universitetin layihələri ilə tanış oldu;
  • Türkiyənin dövlət korporasiyasının nümayəndə heyətləri AzTU-ya gələrək önəmli görüşlər keçirdi;
  • AzTU-da bakalavr və magistr üzrə plan yeri ilk dəfə olaraq 99-100% doldu;
  • Magistratura üzrə ölkə 2-cisi, 700 ballı məzunu Anar Abıyev AzTU-nun Süni intellekt ixtisaslaşmasını seçdi;
  • Almaniya şirkətlərinin rəhbər şəxsləri AzTU-ya gəldi, tədqiqat sahəsində əməkdaşlıqlar müzakirə olundu.
CATEGORIES