“Viper Strike” hədəfləri yüksək dəqiqliklə vurdu

MBDA şirkətinin GBU-44/E “Viper Strike” aviabombası KC-130J “Harvest Hawk” təyyarələrindən edilən atışlarda yüksək dəqiqlik göstərib. “AzeriDefence”nin bildirdiyinə görə, bu barədə MBDA şirkəti saytında məlumat yayıb.

Testlər Hərbi Dəniz Qüvvələrinin China Lake poliqonunda keçirilib. Təyyarənin arxa bölməsinə yerləşdirilmiş aviabomba xüsusi buraxılış qurğusundan istifadə olunmaqla atılıb. Döyüş sursatı hədəflərə düz formada düşüb.

“Viper Strike” hərəkətsiz və hərəkət edən hədəflərə qarşı lazer başlıqlı, GPS və yarıaktiv idarə olunan yüksək dəqiqlikli döyüş sursatı hesab olunur.

CATEGORIES