Vüqar Mustafayev Serbiyanın müdafiə naziri ilə görüşüb

Vüqar Mustafayev Serbiyanın müdafiə naziri ilə görüşüb

İyunun 14-də Azərbaycanın müdafiə sənayesi naziri Vüqar Mustafayev ölkəmizdə işgüzar səfərdə olan Serbiyanın müdafiə naziri Bratislav Qaşiçin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Müdafiə Sənayesi Nazirliyinin Mətbuat Xidmətindən “Poliqon”a verilən məlumata görə, görüş zamanı V.Mustafayev ölkələrimiz arasında münasibətlərin inkişafında dövlət başçılarının xüsusi rolunu vurğulayaraq bir çox istiqamətlərdə olduğu kimi, müdafiə sənayesi sahəsində də sıx əməkdaşlıq əlaqələrinin mövcudluğunu qeyd edib və yeni texnologiyaların transferinin, birgə istehsal sahələrində əməkdaşlığın uğurla həyata keçiriləcəyinə əmin olduğunu bildirib.

Nazir Serbiya Respublikasınının nümayəndə heyətini 24-26 sentyabr 2024-cü il tarixlərində keçiriləcək ADEX-2024 5-ci Yubiley Azərbaycan Beynəlxalq Müdafiə Sərgisinə dəvət edib.

V.Mustafayev ikitərəfli münasibətlərin inkişafı üçün Serbiyanın Azərbaycanda fəaliyyət göstərən hərbi attaşelik aparatının yaradılmasını yüksək qiymətləndirib.

Serbiyanın müdafiə naziri B.Qaşiç bu cür səfərlərin xüsusi əhəmiyyətə malik olduğunu, iki ölkə arasında münasibətlərin inkişaf etdirilməsi üçün birgə layihələrin, həmçinin beynəlxalq müdafiə sərgilərində qarşılıqlı iştirakın əhəmiyyətindən bəhs edib.

Görüş zamanı müdafiə sənayesi sahəsində əməkdaşlığın genişləndirilməsi, işgüzar səfərlərin təşkil edilməsi və qarşılıqlı maraq doğuran digər mövzular ətrafında müzakirələr aparılıb.

CATEGORIES