Xəbərlər

Vüqar Suleymanov Marşal İrsi İnstitutunun prezidentini qəbul edib

Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) idarə heyətinin sədri Vüqar Suleymanov Marşal İrsi İnstitutunun (Marshall Legacy Institute, MLI) prezidenti Perri Baltimoru, MLI-ın Əməliyyatlar üzrə vitse-prezidenti Eliz Beykeri və ABŞ-Azərbaycan Ticarət Palatasının icraçı direktoru Natiq Baxışovu qəbul edib.

Bu barədə “Poliqon”a ANAMA-nin mətbuat xidmətindən məlumat verilib.

Görüş zamanı ANAMA və MLI arasında minaaxtaran itlərlə bağlı bügünədək görülən işlərə dair müzakirələr aparılıb və gələcək əməkdaşlıq əlaqələri müzakirə olunub. ANAMA-nın idarə heyətinin sədri Vüqar Suleymanov agentliyin qarşısında duran mühüm məsələlər haqqında məlumat verib. 44-günlük Vətən müharibəsi nəticəsində işğaldan azad edilmiş ərazilərin mina və partlamamış hərbi sursatlar (PHS) ilə yüksək dərəcədə çirklənməsi faktı vurğulanıb. Hazırda Azərbaycan Respublikası Minatəmizləmə Agentliyi tərəfindən bu torpaqların ümumi tədqiqatı istiqamətində işlər davam edir.

ANAMA-nın idarə heyətinin sədri MLI ilə qarşılıqlı əməkdaşlıq əlaqələrin tarixi haqqında danışıb. 2005-ci ildən bügünədək Marşal İrsi İnstitutu tərəfindən Azərbaycanın minatəmizləmə proqramına 50 baş minaaxtaran və partlayıcı axtaran it hədiyyə edilib. İtlər müvafiq təlim və akkreditasiya keçərək işğaldan azad edilmiş torpaqların təmizlənməsi əməliyyatlarına cəlb olunur.

Marşal İrsi İnstitutunun prezidenti Perri Baltimor Azərbaycanda keçirilən minatəmizləmə əməliyyatlarına öz töhvəsini verməklə fəxr etdiyini qeyd edib. Perri Baltimor ANAMA-nın bütün beynəlxalq standartlara uyğun fəaliyyət göstərdiyini vurğulayıb. O, Agentliyin xüsusi təlim proqramının və itlərin saxlanma şəraitini yüksək dəyərləndirib. Belə ki, dördayaqlı minaaxtaranlar müsabiqələrdə ilk yerləri qazanırlar. Marşal İrsi İnstitutunun prezidenti avqustun 23-ü gətirilən ilk 10 baş minaaxtaran itin əməliyyatlara qoşulmasının minatəmizləmə əməliyyatlarına müsbət təsirini göstərəcəyinə əminliyini ifadə edib.

Marşal İrsi İnstitutunun nümayəndələri Minatəmizləmə Agentliyi ilə rəsmi görüşdən sonra ANAMA-nın Füzuli rayonundakı minaaxtaran itlərin təlim mərkəzini ziyarət ediblər. Burada, 23 avqust tarixində gətirilən 10 baş minaaxtaran itlərə baş çəkiblər, dördayaqlı köməkçilərin saxlanması, qidalanması və gələcək akkreditasiya prosedurları barədə MLI nümayəndələrinə geniş məlumat verilib.

MLI prezidenti Perri Baltimor qeyd edib ki, 2023-cü ilin iyul ayına qədər Azərbaycana 30 minaaxtaran itin verilməsi nəzərdə tutulub. Yerdə qalan 20 minaaxtaran itin öncədən razılaşdırılmış tarixlərdə ANAMA-ya çatdırılacağı qeyd edilib. Müvafiq anlaşma memorandumu və müqavilə sənədinin 26 avqust tarixində ANAMA-nın İdarə Heyətinin sədri Vüqar Süleymanov və Marşal İrsi İnstitutunun prezidenti Perri Baltimor arasında imzalanacağı planlaşdırılır.

длорпав

Poliqon.az

Back to top button