
Vyetnam müdafiə nazirinin birinci müavini Mai Nqoc Tuanın başçılıq etdiyi nümayəndə heyəti Qazaxıstanda “Kazakhstan Paramount Engineering” (KPE) şirkətinin zavodunda olub.
“Poliqon” KPE-yə istinadən xəbər verir ki, nümayəndə heyəti zavodun istehsal gücü ilə tanış olub, zirehli texnikaların yığılması prosesini müşahidə ediblər.
Onlar zavodda şirkət istehsalı olan ALAN, ALAN 2, ARLAN, BARYS 6×6 və 8×8 zirehli nəqliyyat vasitələrinə, qüllə sistemlərinə baxış keçiriblər. Bundan başqa, KPE şirkətinin istehsal etdiyi müxtəlif çaplı artilleriya və minaatan mərmiləri də nümayəndə heyətinə təqdim olunub.







