Xankəndi və Xocalıda silah-sursat aşkarlanıb
Xankəndi və Xocalı rayonlarında xeyli sayda silah-sursat aşkar edilib.
“Poliqon” Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinə istinadən xəbər verir ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə Xankəndi şəhəri ərazisindən 1 ədəd pulemyot, 33 ədəd müxtəlif markalı avtomat silahı, 2 ədəd tapança, 7 ədəd tüfəng, 22 ədəd qumbara, 23 ədəd qumbara alışdırıcısı, 10.665 ədəd müxtəlif çaplı patron, 2 ədəd optik nişangah, 5 ədəd penal dəsti, 1 ədəd “Kalaşnikov” pulemyotuna aid sursat, 186 ədəd patron darağı, 1 ədəd süngü-bıçaq, 27 ədəd daraq üçün çanta, 3 ədəd binokl və 4 ədəd rabitə qurğusu aşkarlanıb.
Xocalı rayonu ərazisindən isə 3270 ədəd müxtəlif çaplı patron, 1 ədəd tank əleyhinə mina, 4 ədəd əl qumbarası, 12 ədəd “RPQ-7” mərmisi və 8 ədəd avtomat darağı aşkar olunaraq götürülüb.