Xankəndidə silah-sursat tapılıb

Xankəndidə silah-sursat tapılıb

Yanvarın 16-da polis əməkdaşlarının keçirdikləri tədbirlərlə Xankəndi şəhəri ərazisində 5 ədəd avtomat silahı, 4 ədəd qumbara, 1 tüfəng, 34 ədəd patron darağı, 1774 ədəd patron və digər sursatlar aşkar olunaraq götürülüb.

Bu barədə “Poliqon” Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinə istinadən xəbər verib.

CATEGORIES