
Türkiyənin “Katmercilər” şirkətinin istehsalı olan “Xızır” zirehli maşının yol, performans və su testləri tamamlanmaq üzrədir.
Bu barədə “AzeriDefence” “Savunma ve Teknoloji” saytına istinadən məlumat verib.
Türkiyə Silahlı Qüvvələri və hüquq-mühafizə orqanlarının ehtiyaclarını ödəmək məqsədi ilə istehsal edilən 4×4 təkər formuluna malik “Xızır”ın testlərinin martın sonuna qədər tamamlanması planlaşdırılır.
Maşın mina, əldəqayırma partlayıcılar və balistik təhdidlərə qarşı üstün qorumanı təmin edir.
Zirehli maşın sürücü və komandir daxil olmaqla 9 heyəti daşıma qabiliyyətinə sahibdir.
“Xızır” zirehli maşının komanda nəzarət, KBRN, silah daşıyıcı, ambulans, sərhəd təhlükəsizliyi və kəşfiyyat konfiqurasiyalarının hazırlanması mümkündür.
6 silindir 298 kW gücündə dizel mühərriklə təchiz olunmuş maşının gediş ehtiyatı 700 km, maksımum sürəti 110 km/saatdır.
Maşının uzunluğu 5570 mm, eni 2490 mm, hündürlüyü 2610 mm təşkil edir. V dizaynlı gövdəyə malik “Xızır”ın yanlarda 2, arxada bir qapısı var. Maşından atışların həyata keçirilməsi üçün hər iki yanda 4, arxada isə bir mazğal mövcuddur.







