
Yaponiyada yeni yaradılan gəmi əleyhinə raketin sınaqlarına başlanılıb.
“AzeriDefence”nin məlumatına görə, “hava-səth” tipli XASM-3 adlı raket “Meteor” mühərriki ilə təchiz edilib.
Raketin maksimum uçuş məsafəsi 150 km-dir.
Aviasiya vasitələri üçün nəzərdə tutulan raket iri həcimli gəmiləri məhv etmək üçün nəzərdə tutulub.
Səsdən sürətli XASM-3 “Mitsubishi Heavy Industries” şirkətində yaradılıb.
Raket hazırda silahlanmada olan ASM-1 və ASM-2 raketlərini əvəzləyəcək.




