Müdafiə
Yaralı erməni hərbçi öldü

Ermənistan Silahlı Qüvvələrinin hərbi qulluqçusu ölüb.
“AzeriDefence”nin erməni mətbuatına istinadən verdiyi məlumatına görə, əsgər Qarik Vartanyan dekabrın 30-da yaralanıb.
O, cəbhənin şimal-şərq istiqamətində ermənilərin təxribatı zamanı Azərbaycan hərbçiləri tərəfindən açılan atəş nəticəsində güllə yarası alıb.
Q. Vartanyan ötən gecə Ermənistan Müdafiə Nazirliyinin Mərkəzi Hospitalında ölüb.



