Yaxın 8 ildə Xəzərə 60-a yaxın hərbi gəmi daxil edilə bilər – EKSKLÜZİV

Xəzərdə silahlanma böyüyürXəzəryanı ölkələr İran istisna olunmaqla 2012-2020-ci illər ərzində qədər Hərbi Dəniz Qüvvələri və sahil mühafizəsinin döyüş sıralarına ümumilikdə 60-a yaxın hərbi gəmi və kater daxil edə bilər. “AzeriDefence”nin apardığı araşdırmalara görə, artıq cari ilin başlanğıcından ötən 5 ay ərzində Rusiya Xəzər dənizinə 1, Qazaxıstan isə 2 hərbi gəmi (1-i sahil mühafizəsi üçün) daxil edib. İyun-iyul aylarında Rusiya daha bir gəmini Xəzər flotiliyasının döyüş tərkibinə daxil etməyi planlaşdırır. Türkmənistan isə yaxın aylarda Türkiyə şirkəti ilə birgə istehsal etdiyi 2 gözətçi gəmisini silahlanmaya qəbul edəcək.

Bununla belə, Qazaxıstan və Türkmənistanın sifarişlərinin artırması gözlənilir.

“AzeriDefence”nin müxtəlif mənbələrdən əldə etdiyi məlumatlar əsasında apardığı təhlillərə görə, hazırda verilmiş sifarişlər və baxılan proqramlar üzrə 2020-ci ilə qədər Qazaxıstanın 7-9 gəmi və kater, Rusiyanın ən azı 18, Türkmənistanın 12, Azərbaycanın isə 16-18 arası gəmi və kater inşa etdirməsi mümkündür. Söhbət gedən saydan ən azı 33-ü sahil mühafizə qüvvələri üçün nəzərdə tutulan gəmi və katerlər (23 m-dən 60 metrədək) ola bilər.

Sifarişlərdən bəlli olduğu qədər Rusiya və Qazaxıstan əsas ağırlığı artilleriya-raket katerlərinə, kiçik qabaritli desant və mina-tral gəmilərinə, Azərbaycan və Türkmənistan isə sərhəd-gözətçi gəmilərinə və iti sürətli katerlərə verəcək.

KATEQORIYA: