YDS Azərbaycan Ordusuna hərbi çəkmələrin ixracını artırıb

Türkiyənin “Yakupoğlu Dəri Sanayi” (YDS) şirkəti Azərbaycan Silahlı Qüvvələrinə ötən il hərbi çəkmələrin satışını gerçəkləşdirib.
Bu barədə “AzeriDefence”yə açıqlamasında YDS şirkətinin İdarə Heyətinin sədri Vedat Yakupoğlu bildirib.
V.Yakupoğlu 2017-ci ildə dı təchizatın davam edeceyini bildirib. O, qeyd edib ki, Azərbaycan Silahlı Qüvvələrinin hərbi çəkmələrlə təchizatı Bakı Tikiş Evi ilə birgə həyata keçirilir.
“Bizim Bakı Tikiş Evi ilə yaxşı əlaqələrimiz var. Onlar Azərbaycan Ordusunun geyim təminatını həyata keçirirlər. Ehtiyac duyulan hərbi çəkmələri də bizdən tədarük edirlər”, – deyə V. Yakupoğlu qeyd edib.
Şirkət rəhbəri YDS çəkmələrinin Azərbaycanda da seçilən brendə çevrildiyini və ixrac həcmində əvvəlki illərlə müqayisədə artım olduöunu qeyd edib.
V.Yakupoğlunun sözlərinə görə, bu il Azərbaycan Ordusuna geiş yayılmış modellərlə yanaşı az miqdarda da olsa yeni növ hərbi çəkmələr göndərilib.
Yakupoğlu 2016-cı ildə Azərbaycana hərbi çəkmələrlə yanaşı 50 min cüt texniki təhlükəsizlik tələblərinə ən yüksək səviyyədə cavab verən iş çəkməsinin ixrac olunduğunu da qeyd edib.



