AerospaceDünyaSənaye

Yeni aviabombanın seriyalı istehsalına başlanılıb – FOTO

Bomba özünüməhv mexanizmi ilə də təchiz edilib

Rusiyanın Elmi-Tədqiqat Mühəndislik İnstitutunda yaradılan gəmi əleyhinə “Zaqon-2” aviabombasının seriyalı istehsalına başlanılıb.

“AzeriDefence”nin İnstitutun mətbuat xidmətinə istinadən verdiyi məlumatına görə, sifarişçi qurum Rusiya Müdafiə Nazirliyidir.

“Zaqon-2” paraşütün köməkliyi ilə təyyarədən suyun səthinə atılır.

Havada olarkən bombada olan sal açılır. Bir neçə dəqiqə suyun üzərində salın köməkliyi ilə dayanır. Bu vaxt ərzində yaxınlıqdakı hədəfin – gəminin yerini müəyyənləşdiri. Bombanın hədəfi müəyyən etmə həssaslığı 450 metrdir. Bundan sonra hədəfi məhv etmək üçün bomba döyüş fəallığı rejiminə keçir.

“Zaqon-2” 232 mm kalibirlidir, uzunluğu 150 sm, ümumi çəkisi 120 kq-dır. Bömbanın partlayıcı hissəsi 35 kq-dır.

Bomba özünüməhv mexanizmi ilə də təchiz edilib. Bu rejim hədəf 4 dəqiqə ərzində aşkar olunmadığı təqdirdə işə düşür.

zaqon 2 gemieleyhine aviabomba

Back to top button